• meet us at...

    INTERNATIONAL GEOGRAPHY MICE SHOW (IMG SHOW)

    October 25-26 | Moscow, Russia

AZERBAIJAN CONVENTION BUREAU

Əgər siz heç vaxt Azərbaycanda olmamısınızsa, onda sözün əsl mənasında heyrətlənməyə hazır olun. Bakının müasir tələblərə cavab verən, çoxsaylı işgüzar tədbir məkanlarını və onun 21-ci əsrin infrastrukturunu aşkar edin. Azərbaycanın saysız hesabsız möhtəşəm mənzərələrindən və memarlıq işləri, mədəniyyət və tarixinin həqiqi füsunkarlığına valeh olun. Bir peşəkar təşkilatçı kimi, siz geniş təcrübəyə və universal, yaradıcı dünya görüşünə malik olan peşəkar konfrans xidməti  təchizatçılarını tapacağınıza əmin ola bilərsiniz. Bizim Azərbaycan Konqreslər Bürosunda (AzCB) başlıca fəaliyyətimiz işləri sizin üçün asanlaşdırmaqdır. Bizim peşəkar komanda sizə variantlar və imkanların müstəsna seçimindən maksimum yararlanmağa kömək edəcək. Biz sizi etibarlı yerli partnyorlar ilə əlaqələndirə və istənilən tədbirin uğur qazanması üçün sizə lazım bütün dəstəyə malik olmağınızı təmin edə bilərik. Sizə kreativ proqramlar və fəaliyyət plan haqqında təkliflər lazımdır? Sərfəli, eyni zamanda əyləncəli həll variantlarına ehtiyac duyursunuz? Nəsə tam fərqli bir şey üçün unikal, milli koloritli  ideyalar necə, lazımdır? Xəyallarınız nə olursa-olsun, biz onu gerçəkliyə çevirməyə kömək edə bilərik.

Biz dünyanın hər bir yerindən, əsasən də Rusiya, MDB, Türkiyə və Orta Şərq kimi reqional ölkələrdən “MICE” tədbirlərini cəlb edirik. Uzunmüddətli perspektivdə biz beynəlxalq səviyyəli ixtisaslaşdırılmış sərgi və seminarlar daxil olmaqla (IMEX & EIBTM), bu sahənin müxtəlif tədbirləri və təlim fəaliyyətləri vasitəsilə toplantı və tədbir peşəkarları ilə etibarlı əlaqələri daha da inkişaf etdirmək və idarə etməyə çalışırıq.

CALENDAR

Mon Tue Wed Thu Fri Sat Sun

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP