XƏBƏRLƏR

22 NOYABR, 2016
Azərbaycan Konqreslər Bürosu Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlığı daha da gücləndirir

Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlığını möhkəmləndirir.

Azərbaycan Konqreslər Bürosunda tələbələr üçün təşkil olunan seminarlarda Büronun fəaliyyəti, məqsədləri, görülən və görüləcək işlər barədə məlumat verilir. Eyni zamanda tələbələr bu təlimlər zamanı gələcək ixtisaslarında onlara yardımçı ola biləcək təcrübə əldə etmiş olurlar.

Seminarlar zamanı tələbələr Görüşlər Sənayesinə və Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinə böyük maraqla yanaşır və işgüzar turizmin sirlərini öyrənməyə həvəs göstərirlər. Bu səbəbdən də təşkil olunan seminarlar öz aktivliyi və səmərəliliyi ilə seçilir.

Eyni zamanda, Büro cari ilin oktyabr ayının 28-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində “Karyerada ilk addım” devizi altında məşğulluq yarmarkasında iştirak etmişdir. Tədbirdə turizm sahəsində fəaliyyət göstərən 80-dən çox şirkət iştirak edib.

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP