XƏBƏRLƏR

07 İYUN, 2018
Azərbaycan Konqreslər Bürosu IMG Show seminarında iştirak edib

Azərbaycan Konqreslər Bürosu (AzKB) Gürcüstan Konqres və Sərgi Bürosunun dəvətinə əsasən, Mayın 30-dan iyunun 1-dək Tbilisidə keçirilən IMG Show B2B seminarında iştirak edib. AzKB nümayəndələri tədbir çərçivəsində B2B tədbirləri üzrə ümumilikdə 40 görüş keçiriblər.

Gürcüstan paytaxtındakı respublika sərgi zalında keçirilən IMG Show seminarının proqramına əsasən, iştirakçı və alıcıların görüşləri 1-2-1 formatında iclaslardan ibarət idi. AzKB-nin  nümayəndələri Moskva, Sankt Peterburq və Rusiyanın digər şəhərlərindən olan, Qafqaz regionuna maraq göstərən korporativ müştərilər, işgüzar turizmin nümayəndələri və MICA (görüşlər sənayesini)agentlikləri ilə ilkin görüşlər keçiriblər.

Lotereya oyunu ilə müşaiyət olunan axşam yeməyi və qala gecəsində AzKB ölkəmizin imkanlarını nümayiş etdirməklə yanaşı, qaliblərə təqdim ediləcək nominasiyalar barədə də məlumat veriblər.

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP