XƏBƏRLƏR

30 OKTYABR, 2017
Azərbaycan Konqreslər Bürosu Moskvada IMG Show-da iştirak edib

Oktyabrın 25-26-da Rusiyanın paytaxtı Moskva şəhərində işgüzar turizm sahəsi ilə bağlı 3-cü dəfə International MICE (Toplantı, Təşviq, Konfrans, Sərgi) Geography Show (IMG Show) tədbiri keçirilib. Rusiya Biznes Turizmi Assosiasiyasının təşkil etdiyi və əsasən MDB ölkələrini əhatə edən tədbirdə Azərbaycan Konqreslər Bürosunun nümayəndəsi Fidan Rəhmanova da iştirak edib.
Əsas məqsədi Azərbaycana beynəlxalq investisiyaların cəlb olunması və ölkəmizin biznes turizminin təbliği olan Azərbaycan Konqreslər Bürosu bu tədbirdə ilk dəfə olaraq iştirak edib.
Büronun satış və marketinq meneceri F.Rəhmanova B2B formatında keçirlən iclaslarda ölkəmizdə təşkil edilən Bakı Şopinq Festivalı və turizmin inkişafına təkan verən digər tədbirlər barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycanın turizm potensialı barədə informasiyaları Rusiya və MDB ölkələrindən gələn nümayəndələrə təqdim edib.
MICE Beynəlxalq Coğrafiya Təqdimatı Rusiya adlanan tədbir Rusiya Görüşlər Sənayesinin əsas hadisəsi sayılır. Burada əsas hədəf konstruktiv dialoq və uzunmüddətli əməkdaşlığın qurulması məqsədi ilə işgüzar turizm sahəsində qabaqcıl şəxsləri bir araya gətirməkdir.
Tədbirin ilk günündə, tərəfdaşlar və sərgi iştirakçıları Moskva Ritz-Carlton otelində B2B formatında keçirilən seminarda MICE peşəkar müştərilərlə görüşüblər. Həmçinin müştərilər Salonunda mühazirələr dinlənilib.
İkinci gün isə təhsil konfransı və “Шёлк” banket zalında Qala gecəsi baş tutmuşdur.
IMG Show-2017 tədbirində dəvət edilən 500 peşəkar müştərinin görüşləri və toplantıları keçirilmiş, həmçinin Rusiyanın Kazan, Tümen, Voronej, Yekaterinburq, Novosibirsk, Samara, Rostov-na-Donu kimi şəhərlərindən 50 regional korporativ alıcı “Hosted Buyers” proqramında iştirak etmişdir.

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP