XƏBƏRLƏR

11 İYUN, 2018
Azərbaycan Konqreslər Bürosu Yaxın Şərq ölkələrində yeni əməkdaşlığa başlayır

logoazcb4

 

We create your success!

 

Azərbaycan Konqreslər Bürosu Azərbaycanda qazandığı uğurlardan sonra, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən və öz sahələrində bazar mövqeyi qazanmaq istəyən təşkilat və brendləri dəstəkləyən Six Degrees Communications House ilə əməkdaşlıq sayəsində Böyük Britaniya, Almaniya, Yaxın Şərq və Afrika (MEA) regionunda yeni bazarlara çıxdığını elan edir.

Bu tərəfdaşlıq çərçivəsində AzKB Azərbaycanın MICE (görüşlər, konfranslar, və s. ) imkanlarına asan çıxış üçün optimal  mərkəz rolunu oynayacaq və  Six Degrees şirkətinin vasitəsi ilə Almaniya, Böyük Britaniya, BƏƏ, Misir, Yunanıstan, Mərakeş və s. olan müştərilər üçün  peşəkar və xüsusiləşmiş turizm xidmətləri üzrə innovativ təkliflər təqdim edəcək. Həmçinin, Büro Dubay şəhərində yerləşən Six Degrees vasitəçiliyi ilə Azərbaycandakı üzvləri və müştəriləri üçün Yaxın Şərq ölkələrində MICE və başqa çeşidli turizm imkanlarını da təqdim edəcək.

 

Six Degrees ilə əməkdaşlıq edərək AzKB xarici müştərilərə MICE, sərgi, tarixi, mədəni, dini, istirahət və idman tədbirlərinin xüsusi innovativ təkliflərini təqdim etməyi hədəfləyir.

Biz təklif edirik:

 

– İclasların və konfransların təşkili

– Tədbirlərin idarə edilməsi

– Loqistika xidmətləri

– Etibarlı peşəkar təcrübə

– Fərdi yanaşma

 

Print

Əgər siz korporativ və ya MICE tədbirlərini planlaşdırırsınızsa [email protected] elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlayın. AzKBSix Degrees barədə daha ətraflı məlumat əldə etmək üçün şirkətlərin  profillərini yükləyin.

 

Almaniya, Böyük Britaniya, BƏƏ, Misir, İordaniya, Yunanıstan, Mərakeş və başqa Yaxın Şərq ölkələrdə MICE və başqa korporativ tədbirlərin təşkili üçün bizi www.azcb.com –da izləyin.

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP