XƏBƏRLƏR

16 NOYABR, 2016
Azərbaycan Konqreslər Bürosunun üzvlər siyahısı genişlənir

Azərbaycana beynəlxalq sərmayələri cəlb etməklə, ölkəmizi dünyanın əvəzolunmaz görüşlər məkanına çevirmək istiqamətində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu öz üzvlər sırasına daha bir tərəfdaşı qəbul edib.

Belə ki, BCD Global Travel Azərbaycan Konqreslər Bürosunun yeni üzvü seçilmişdir. 1999-cu ildən bəri fəaliyyət göstərən BCD Global Travel Azərbaycanın aparıcı turizm agentliklərindən olub, yüksək keyfiyyətli biznes və istirahət səyahət xidmətləri göstərir.

2005-cil ildən beynəlxalq şirkət olan BCD Travel-in ölkəmizdəki xüsusi tərəfdaşı kimi fəaliyyət göstərir. İllik 12 milyard ABŞ dolları dəyərində satış və 12 min səyahət mütəxəssisi ilə BCD Travel beş qitədə 96 ölkədə fəaliyyət göstərir.

BCD Global Travel Azərbaycan və Azərbaycan Konqreslər Bürosu inanır ki, bu tərəfdaşlıq nəinki hər iki tərəf üçün həmçinin bütövlükdə Azərbaycan Görüşlər Sənayesi üçün faydalı olacaqdır.

Azərbaycan Konqreslər Bürosu aktiv şəkildə öz üzvləri ilə birgə Görüşlər Sənayesinin daha da inkşafına çalışır. Nəzərə çatdırmaq vacibdir ki, bu əməkdaşlıq yerli turizm şirkətləri və mehmanxanaların işinin yaxşılaşdırılması, turistlərin sayının artırılması və bunun sayəsində də gəlirlərin artırılması üçün olduqca əhəmiyyətlidir.

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP