AZƏRBAYCANI SEÇMƏK ÜÇÜN 10 ƏSAS SƏBƏB

01
İNANILMAZ QƏDƏR QƏDİM VƏ MƏFTUNEDİCİ QƏDƏR MÜASİR ÖLKƏ

Təsəvvür edin ki, siz qədimliyinə görə tarixçilərin izini itirdiyi qədim bir qala qülləsinə qalxırsınız. Dişli divarlarla əhatə olunmuş qədim qalaya nəzər yetirin. Əfsanəvi Xəzər dənizinin mavi səthi üzərində yellənən yaxtaları seyr edin. Üzərində 21-ci əsrin memarlıq üslubunda inşa edilmiş sanki gözəl bir naxış kimi nizamsız binalar ucalan üfüqə baxın. Sonra, Bakının yeni heyranedici, parlaq beş ulduzlu otellərin birinə ya da ki, Bakının orta əsr İçəri Şəhərinin dar küçələrinin əhatəsində olan sadə, amma eyni zamanda qonaqpərvər ailə pansionuna yavaşca baxışınızı qaytarın. İstənilən halda, Avrasiyada biznes görüşlər üçün qeyri-adi yeni mərkəz olan bu yerdə növbəti günün konfransı və ya görüşü üçün özünüzü rahatlanmış, ilhamlı və hazır hiss edin.

02
AVRASİYANIN BEYNƏLMİLƏL MƏRKƏZİ

Bakı Avrasiyanın ən böyük avianəqliyyat mərkəzlərindən biri hesab olunur və şəhər, Mərkəzi Avropaya təsəvvür etdiyinizdən daha yaxındır. Amma Azərbaycan tək rahat mövqeyə malik deyil – o, həmçinin, harmonik millətdə uğurla inteqrasiya olunmuş Avropa, türk, rus və fars - 4 mədəniyyətin qovuşduğu bir yerdir. Harada başqa Siz türk və rus dillərində sərbəst, orta səviyyədə ingiliscə və bir az farsca danışan mehmanxana personalını tapa bilərsiniz? Harada başqa siz minimum viza rəsmiləşdirilməsi ilə MDB-dən, türk dünyası ölkələrindən və İrandan nümayəndələri bir yerə yığa bilərsiniz?

03
HEYRANEDİCİ YENİ OBYEKTLƏR

Sanki sehrli çubuğun bir toxunuşu ilə Bakıda birdən - birə dünyanın ən heyranedici tikinti bumu başlandı. On ildən az müddətə burada Paris üslubunda tarixli daş saraylarının, eləcə də 21-ci əsr memarlığının müasir valehedici tikililərin möhtəşəm konqlomeratı artdı. Az memarlıq nümunələri Zaha Hadidin dizaynı əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi qədər diqqət cəlb etməsi ilə lovğalana bilər. Ya da ki, şəhərin qərb yamacının tacı olan dalğavarı gümüşü Alov Qüllələri üçlüyü. Yuxarıda qeyd olunan yerlərin birində növbəti tədbirinizi keçirə bilərsiniz! Həm də ki, Azərbaycanın çoxsaylı dəbdəbəli, beynəlxalq standartlara uyğun mehmanxanaları vardır. Obyektlər tam müasirdir və bütün konfrans yerlərinin əksəriyyəti tam yenidir.

04
MƏDƏNİ ZƏNGİNLİK

Siz orta əsr karvansaraylarında yerli şərabın, divarları ipəklə üzlənmiş çayxanalarda alma ətirli qəlyan çəkib ətirli Lənkəran çayının dadını heç vaxt unutmayacaqsınız. Siz havaya qalxan şifon dalğaları qadınlara bəzək verən, valehedici zurna sədaları altında kişilər itiuclu dəri çəkmələrdə ayaqlarını qaldıra-qaldıra rəqs edən zaman Qafqaz rəqqasələrindən hiss etdiyiniz ehtirası ömürlük yadda saxlayacaqsınız. Siz millətin qədim yaz bayramını qeyd etmək üçün Novruz şam yeməyinə qozlu şirin paxlava yeməyə, uğurlu şamı yandırmağa və bir həyətdə tonqal üzərindən hoppanmağa dəvət olunacaqsınız. Siz Bakı Caz Klubunda oynamağınızı, muğam ifası ilə feyzyab olmağınızı, Abşeron çimərliyi - DJ klubda rəqs etməyinizi yaddan çıxarmayacaqsınız. Siz Qara Qarayev baletinin yaratdığı sehrli mühiti də unutmayacaqsınız. Və Siz sadəcə indi gəlmisiniz. Ümid edək ki, konfrans tez başa çatacaq! Bakıya xoş gəlmisiniz - dünya mədəniyyətlərinin qovuşduğu bir şəhərə.

05
PLANLAŞDIRILAN TƏDBİRLƏRƏ ÖNLƏYİCİ DƏSTƏK

Azərbaycan biznes deməkdir. Ölkə, 1990-ci illərin ortalarından bəri regional tədbirlərin, idman müsabiqələrinin və ticarət yarmarkalarının keçirildiyi mərkəzə çevrilmişdir. Amma MICE-ın fəaliyyəti 2012-ci ildə Eurovision mahnı müsabiqəsi keçirilən zaman və sonra ölkə 2015-ci il Avropa Olimpiya Oyunlarının keçirilməsi üçün layiq olduğu vaxtdan sonra daha da artmışdır.
Azərbaycanın böyük tədbirlər məkanı kimi tanıdılmasına nail olmaq qətiliyi onilliyin sonuna qədər ölkədaxili ÜDM-nin iki qat artırmağa və ölkəyə gələnlərin sayını iki dəfə artırmağa qarşısına məqsəd qoymuş “2020-ci ilin Perspektivləri” milli strategiyasının bir hissəsidir.
Bu miqyaslı məqsədlərə nail olmaq üçün entuziazma malik olmağımızı nəzərə alaraq, əmin ola bilərsiniz ki, biz sizin sorğunuzu dəstəkləyəcəyik və bütün maraqlı tərəflər üçün əlverişli həllin təmin edilməsi üçün əllərimizdən gələni edəcəyik.

06
İMKANLAR VƏ MACƏRALAR

Vindserferlər əfsanəvi Xəzər dənizinin parlaq firuzəyi sularını kəsirlər. Adrenalin sevənlər Avropanın ən yüksək dağ yüksəkliklərini fəth edir və ya iki yeni möhtəşəm xizək kurortlarında xizək yollarından aşağı sürüşürlər. Yarısəhra üzərindən sərilən ilğımlarda, çöldə vəhşi qəzallar qaçır. Bu doğrudan reallıqdırmı? Həmin laqunda görünən flaminqodurmu? Həqiqətənmi Hirkan meşəsinin əsrlik ağacları arasında bəbirlər yaşayır? Bəli, cəmi bir neçə saat ərzində bütün bunları bu kompakt ölkədə görmək mümkündür. Ərazisi o qədər də böyük olmayan Azərbaycan, müxtəlif iqlim, mədəniyyət və mənzərələrin möcüzəvi müxtəlifliyini təqdim edir. Bir günlük səfər palçıq vulkanlarını və palıd ağaclarını, lalə sahələrini və səhraları, qədim kəndləri və müasir şəhərləri görmək üçün kifayətdir. Belə ki, ölkədə olduğunuz zaman daha çox görmək üçün özünüzə bir və ya iki artıq qalın və heç vaxt peşman olmazsınız.

07
TƏHLÜKƏSİZLİK VƏ AÇIQLIQ

Bakılılar Xəzərin zərif küləyinin sığalları altında bulvarda və ya çoxlu fontanları olan parklarda bəzəkli paltarda gəzməyi, oturub söhbət etməyi xoşlayırlar. Yastı papaqlı qocalar, saçları arxaya daranmış nazik cinsli boylu-buxunlu oğlanlar, qaçan körpələr və onlara baxan 4 düymlü şpilkalar üzərində gəzən və ya başları gözəl şarfla bağlanmış anaları – bütün bunları bu çoxmillətli şəhərdə görmək mümkündür. Məscidlər, kilsələr və sinaqoqlar kafe və pivəxanalar, dükan və qalereyalarla qovuşur. Qadınlar təhlükəsiz tək şəhərdə gəzə bilərlər. Burada cinayətin səviyyəsi çox aşağıdır, belə ki, Siz asanlıqla şalvarınızın arxa cibində dolu pul kisəsi ilə küçələrdə gəzə bilərsiniz.

08
DİNAMİKLİK

2006-cı ildən başlayaraq Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətdir. ÜDM-nin sabit artması neft və qaz hasilatı ilə izah olunur, ancaq iqtisadiyyatın tezliklə diversifikasiyası və, məsələn, regional imkanlardan istifadə etməklə ölkə potensialından faydalanmaq üçün imkanlar mövcuddur. Hətta qısa müddətə ölkəyə gələnlər infrastrukturda olan əlamətdar irəliləyişləri, şəhərin daimi abadlaşdırılması işlərini və daim artan kommersiya imkanları dairəsini görməyə bilməzlər. Millət Avropa etimadını qazanmaq istəyən ölkə kimi özünü göstərir və bu daha çox idman və mədəni sahələrdə keçirilən tədbirlərdə təzahür edən. 21-ci əsrin "İpək Yoluna" xoş gəlmisiniz.

09
MƏTBƏX YARADICILIĞI

Azərbaycanda Siz, məsələn, Alman, Gürcü, Fransız və Asiya mətbəxlərinin, eyni zamanda zəngin və daha zərif Azərbaycan mətbəxinin dadına baxa bilərsiniz. Bakıda Siz həm dadlı yeməklərdən, həm də fotokameranızla çəkdiyiniz gözəl şəkillərdən zövq ala biləcəksiniz. 21-ci əsrin minimalizm üslubunda bəzənmiş rahat restoranlar 19-cu əsrin atmosferi ilə uğurla qovuşur: qiymətli daşlarla bəzənmiş ekzotik çayxanalar, rahat qəhvəxanalar, Bakının köhnə şəhərinin dar küçələrində gizlənmiş əsl qədim karvansaraylar. Siz mütləq bütün bu yerlərə baş çəkmək istəyəcəksiniz.

10
ZƏRİF MÜXTƏLİFLİK

Xəzərin brizləri şəhər qonaqlarını məlahətlə sığallayır. Amma şəhərin dəniz peyzajları, onun möhtəşəm su attraksionları və səliqəli yaşıl parkları arxasında ölkənin daxili rayonlarının yarımsəhrası yerləşir. Burada palçıq vulkanlarının köpükləri səthə çıxıb partlayır. Tənhalıqda qalmış təpəciklərin yamaclarında nizamsız alov dilləri möcüzəvi şəkildə sıçrayıb yanır. Və Suraxanıdakı antik od məbədi özünün unikal alovu ilə hələ də yanır. Yenicə bərpa olunmuş yollarla cəmi iki saatlıq məsafə qət etməklə sizin üzünüzə Avropanın ən iri başı qarlı dağ zirvələri açılır. Qafqazın yeni möhtəşəm dağ xizək kurortlarına, eləcə də karvansaraylı maraqlı şəhərlərinə, məsələn, gözəl kənd tarlaları və meşəli dağ ətəkləri arasında ideal yerləşən zəngin tarixli Şəkiyə səfər etmək üçün Sizə cəmi bir gün vaxt bəs edər.

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP