XƏBƏRLƏR

11 APREL, 2017
Bakı Şopinq Festivalı çərçivəsində Türkiyənin Görüşlər Sənayesi nümayəndəliyi Bakıya səfər edib

Azərbaycan Konqreslər Bürosu və İstanbul Kongre və Ziyarətçi Bürosu turizmin inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində öz səylərini birləşdirir. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Konqreslər Bürosu tərəfindən təşkil olunan Bakı Şopinq Festivalı çərçivəsində Türkiyənin Görüşlər Sənayesi ekspertləri üçün tanışlıq səfəri təşkil edilib.

Səfərin məqsədi ölkələrimiz arasında turizm sahəsində təcrübə mübadiləsini və qarşılıqlı əlaqələrin inkişafını təmin etmək, Azərbaycanın hədəf bazarlarından olan qardaş Türkiyədə ölkəmizin təbliğatının genişləndirilməsi və ölkəmizə gələn Türk turistlərinin sayıın artırılması olub.

Səfərdə İstanbul Şopinq Festivalının direktoru, İstanbul Kongre ve Ziyarətçi Bürosunun Baş Meneceri Hicran Özbük, İstanbul Şopinq Festivalı Biznes İnkişaf Meneceri Başak Acar və 360 iletishim Ajans direktoru Seçil Şendaq iştirak edib.

Səfər çərçivəsində Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev Türkiyə nümayəndə heyətini qəbul edərək turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Nazir Əbülfəs Qarayev ölkəmizdə ilk dəfə olaraq keçirilən Bakı Şopinq Festivalında nümayəndə heyətinin iştirakından məmnun olduğunu bildirərək, Türkiyənin bu sahədəki təcrübəsindən istifadə edildiyini də xüsusi vurğulamışdır. İstanbul Şopinq Festivalının direktoru Hicran Özbük Bakı Ticarət Festivalı istiqamətində görülən işləri yüksək qiymətləndirmiş və ölkəmizdə səfərdə olmasından məmnunluğunu ifadə etmişdir.

Qonaqlar həmçinin, Bakının görməli yerlərini ziyarət edib, milli mətbəxin təamlarını dadıb və eləcə də Bakı Şopinq Festivalı açılış mərasimində iştirak ediblər.

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP