ZİYARƏTÇİ İŞTİRAKINI TƏMİN ETMƏK

Yüksək keyfiyyətli konqres, konfrans və ya toplantı təşkil etdiyinizdən sonra, yerdə qalan əsas amil sizə lazım olan qədər ziyarətçinin iştirak edəcəyindən əmin olmaqdır. Azərbaycan Konqres Bürosu bir neçə istiqamətdə yardım edə bilər.

 

Azərbaycanı ziyarətçi nümayəndələrə təqdim etmək:

Çox güman ki, sizin hədəf saydığınız iştirakçılar Azərbaycanla və Bakının gözəllikləri ilə tanış deyil. Onlarda bu səyahətin ləzzətini dadmaq fikrini oyatmaq məqsədilə, ziyarətçi auditoriyanızın yaxşı məlumatlandırılması və bu gözəl “Odlar Yurdu”na gəlmək fikrinə həvəsli olması üçün geniş təşviq məlumatları toplamışıq. Görməli yerləri əks etdirən bir sıra şəkillər və videolar üçün buraya baxın.  Onların hətta ən təmkinli səyahətçini belə təəccübləndirə və onda zövq yarada bilməsinə ümid edirik. Bizim məqsədimiz nümayəndələrinizə Azərbaycana səfər etməklə, peşəkar hadisənizin üstünə xüsusi bir şey əlavə ediləcəyini və onlarda bu ölkə barədə hər hansı bir yanlış məlumatlı şübhələrə son qoyacağını göstərməkdə sizə yardım etməkdir.

 

Hədəf sayılan iştirakçıları Azərbaycandan cəlb etmək:

Əgər ziyarətçi iştirakının tam və ya qismən Azərbaycan peşəkarlarından və qərar qəbul edənlərindən ibarət olmasını istəsəniz, lazımi şəbəkələr yaratmaqda, diqqətlə nəzərdən keçiriləcək dəvət siyahılarını tərtib etməkdə və/və ya tədbirinizin müvafiq müştəri seqmentlərində reklam edilməsində yardım edə bilərik.

 

Yerli və beynəlxalq profil

Əgər bunun, tədbirinizdə media marağının artırılması üçün faydalı olacağını hesab etsəniz, sizə yerli mətbuat iləəlaqə saxlamaqda yardım etməyə şad olarıq.Tədbirinizin yüksək profilli AzCB konqres təqvimində dərc olunmasını təmin etmək üçün, buradakı sadə formanı doldurmağınızı xahiş edirik:

Event registration form

 

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP