GÖRÜŞLƏR İTTİFAQI

Azərbaycan Görüşlər İttifaqı

Azərbaycanda toplantı mərkəzləri, habelə geniş peşəkarlığa malik “MICE” tədbirləri (görüşlər, həvəsləndirici turlar, konfranslar və sərgilər) üzrə xidmət təchizatçılarının inkişaf etmiş infrastrukturu mövcuddur. Azərbaycan Konqreslər Bürosu (AzCB), Azərbaycanın aparıcı milli hava yolları – AZAL ilə birgə, tədbir mərkəzləri, yüksək keyfiyyətli otellər və səfər tədbirlərinin təşkili üzrə şirkətlər (STTŞ) daxil olmaqla, diqqətlə seçilmiş üzv şirkətlərin geniş çeşidi ilə əməkdaşlıq edir. Ölkəyə konfranslar, toplantılar, həvəsləndirici turlar və digər tədbirləri cəlb etmək məqsədilə, birlikdə biz Azərbaycan Tədbirlər Alyansını təsis etdik.

Müştərilərin məmnunluğunu təmin etmək üçün, Alyans yalnız aşağıdakı ciddi meyarlara tam cavab verən qurumları öz sıralarına qəbul edir:

  • Keyfiyyət
  • Xidmət
  • İdarəetmə
  • Maliyyələşdirmə
  • Müvafiq qanunvericiliyə riayət
  • Müvafiq marketinq və satış fəaliyyətlərinin təsdiqi

Aparıcı təchizatçıların son dərəcə diqqətlə seçilmiş şəbəkəsi, Azərbaycan Respublikası səfər yeri kimi seçilən zaman görüş və tədbir təşkilatçilarının ən yüksək səviyyəli əməkdaşlıq variantını ortaya qoya bilməsini təmin edir. Bundan əlavə, Azərbaycan Konqreslər Bürosunda çalışan ekspertlərimiz, pulsuz və təmənnasız məsləhət və dəstək verməklə, həmişə böyük məmnuniyyətlə öz geniş bilikərini və əlaqələrini sizinlə bölüşməyə hazırdırlar.

 

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP