XƏBƏRLƏR

26 MAY, 2018
ICCA Azərbaycanın reytinqini 5 bal yüksəldib

Beynəlxalq Konqres və Konvensiyalar Assosiasiyasının (ICCA) bir il əvvəlki statistikası ilə müqayisədə ICCA 2017 reytinqində Azərbaycanın mövqeyi daha 5 bal yüksəlib.

ICCA-nın beynəlxalq reytinqi hər il dərc olunur və bu reytinqə daxil olmaq üçün ölkədə görüşlər müntəzəm olaraq keçirilməli və tədbirlərdə ən azı üç ölkədən 50 nümayəndə iştirak etməlidir.

Azərbaycan Konqreslər Bürosu ICCA-nın meyarlarına əsasən, assosiasiya görüşlərinin axtarışı və ölkəmizin mövqeyinin yüksəldilməsi məqsədilə həmin təşkilatın araşdırma bölməsi ilə sıx əməkdaşlıq edir. Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu ICCA-nın üzvləri sırasına 2014-cü ildə qoşulub.

ICCA beynəlxalq görüşlər və tədbirlərin hazırlanması, nəqli və yerləşdirilməsində dünyanın aparıcı təchizatçılarını təmsil edir və hazırda 100-dən çox ölkədə 1100-dən çox üzv şirkət və təşkilatı var. ICCA üzvləri dünyanın ən yaxşı yerlərini təmsil edirlər və ən təcrübəli mütəxəssislərdən təşkil olunurlar.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəmizin beynəlxalq səviyyəli tədbirlər məkanı kimi təbliğidir. Bu məqsədlə Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır, əməkdaşlıq üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir. Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli toplantı sənayesi tərəfdaşlarının maraqlarını qorumaqla, Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkili Azərbaycan Konqreslər Bürosu tərəfindən həyata keçirilir. 2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq, Bakı Şopinq Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da (15 oktyabr-15 noyabr) uğurla təkrarlayıb. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük maraq və məmnuniyyətlə qarşılanıb. Üçüncü Şopinq Festival bu ilin 1 mayından start götürüb və 31 may tarixinədək davam edəcək.

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP