XƏBƏRLƏR

14 NOYABR, 2016
Ikinci “Azərbaycan Görüşlər Sənayesi” işgüzar görüşü Moskvada baş tutub

Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu növbəti dəfə Azərbaycan və Rusiya konqres, görüş və tədbirlər sahəsi təmsilçilərini bir araya gətirib.

Bu məqsəd ilə Büro Moskvada ikinci “Azərbaycan Görüşlər Sənayesi” adlı işgüzar görüşünü təşkil edib. Tədbir bu ilin noyabr ayının 3-də baş tutub və Rusiyanın işgüzar turizm sahəsində çalışan nüfuzlü təşkilat və vasitəçilərini büronun tərəfdaşları ilə bir araya gətirib.

Görüşdə Büronun tərəfdaşları sırasından “Boulevard Hotel Baku”, “Fairmont Hotel Baku”, “Holiday Inn Hotel Baku”, “Hilton Hotel Baku”, “Hyatt Regency Baku”, “Jumeirah Bilgah Beach Hotel”, “Park Inn by Radisson Baku”, “Shahdag Mountain Resort”, “Caspian Event Organisers”, “Pasha Travel” və “BCD Global Travel” iştirak edib.

Tədbir zamanı ölkəmizin turizm sahəsində çalışan şirkətləri 100-dən çox Rusiya konqres, görüş və tədbirlər sahəsi təmsilçiləri ilə üz-üzə görüşlər keçirib.

Eyni zamanada, tədbir zamanı mətbuat konfransı təşkil olunub və ölkəmizin inkişaf edən görüş məkanı kimi tanınması haqqında məlumatlar Rusiyalı media nümayəndələrinə çatdırılıb.

Tədbir iştirakçıları həmçinin milli mətbəximizin şirniyyatları, çay və şərabları, eləcə də qədim toy adət-ənələrimizdən olan xına mərasimi və basma sənətinin incəlikləri ilə tanış olma imkanı əldə ediblər.

Bundan əlavə, Büronun tərəfdaşları Rusiyalı iştirakçılar üçün sürpriz hədiyyələr də təqdim edib. Görüşdə mükafat olaraq Azərbaycana pulsuz səyahət və ekskursiya çəkilişi olub.

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP