SALAMLAMA MƏKTUBLARI

Dr. Əbülfəz Qarayev,
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Naziri

Bu gün Azərbaycanın turizm sənayesi ölkə iqtisadiyyatına beynəlxalq səfərlərin günbəgün artan sayı ilə əhəmiyyətli töhfələr verməklə, öz vacib inkişaf və çiçəklənmə dövrünü yaşayır. Azərbaycanın Şərq və Qərbin kəsişməsində, unikal coğrafi mövqedə yerləşməsi və onun zəngin tarixi və mədəni irsi, müasir infrastruktur və ürəkləri riqqətə gətirən qonaqpərvərliyi ilə birgə bir turizm mərkəzi kimi öz cazibədarlığına heç şübhəsiz ki, müsbət töhfələr verir. Mükəmməl hava məkanı, müxtəlif ölçülü və miqyaslı tədbirləri keçirmək əzmində olan dünya səviyyəli konfrans mərkəzləri və yüksək səviyyəli otelləri, unikal iaşə obyektləri və asudə vaxtı maraqlı və əyləncəli keçirmək üçün tədbirlər – bütün bunlar Azərbaycanın Tədbirlər Dünyasında öz simasını tanıtmasına yaxından kömək edir.
Sənayenin aparıcı novatoru sayılan Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin inkişafı üçün strategiyanı icra etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyindən müvafiq səlahiyyətlər əldə etmişdir. Sözügedən qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli toplantı sənayesinin partnyorlarının maraqlarını ifadə etməklə Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.
Böyük səbirsizliklə Sizi və Sizin nümayəndələri Azərbaycanda gözləyirik!
Hörmətlə,

Doktor Əbülfəz Qarayev
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Naziri

Dr. Nazim Səmədov
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirinin Müavini

Azərbaycana, ölkəmizin toplantılar, konfranslar və işgüzar tədbirlər dünyasına xoş gəlmisiniz! Bu gün Azərbaycan üçün tədbir və toplantılar get-gedə daha da mühüm əhəmiyyət kəsb edir və mən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tərkib hissəsi olan Azərbaycan Konqreslər Bürosunun inkişaf etməsindən son dərəcə məmnunluq hissi keçirirəm.

Konqreslər Bürosu – qeyri-kommersiya və təmənnasız fəaliyyət göstərən qurumdur. Azərbaycan Tədbirlər Alyansı ilə birgə, beynəlxalq işgüzar tədbirlər sənayesi ilə əməkdaşlıqlara dəstək olmaq üçün yeni və innovativ imkanlar yaratmaqla, milli aviaşirkətimiz olan AZAL ilə birgə aparıcı otellər və səfər tədbirlərinin təşkili üzrə şirkətlərin –  dövlət və özəl sektorun partnyorların sürətlə inkişaf edən şəbəkəsini bir araya gətirir. Azərbaycanın iri miqyaslı toplantılar və tədbirlərə ev sahibliyi etmək üçün yüksək imkanlara və bacarığa malik olan turizm mərkəzi kimi çox uğurlu və təsdiqlənmiş təcrübəsi vardır. Bunun ən parlaq nümunəsi kimi 2012-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsini göstərmək olar. 2015-ci ildə, 49 ölkəni təmsil edən təxminən 6000 idmançının qatıldığı ilk Avropa Oyunlarını qəbul edəndən sonra qarşımıza digər əhəmiyyətli məqsədlər qoymağa qərar verdik. Növbəti illərdə, Bakıda Formula 1 Qran Pri yarışları daxil olmaqla, digər meqa layihələrin keçirilməsi planlaşdırılır.

Dünya ölkələrinin bizə göstərdiyi etimada görə mən öz təşəkkürümü bildirirəm və mən əminəm ki, Azərbaycan Konqreslər Bürosunun peşəkar komandası sizin Azərbaycanda keçirmək istədiyiniz tədbirə dəyərli töhfə vermək üçün ciddi səylə və ruh yüksəkliyi ilə çalışacaqdır.

Hörmətlə,

Doktor Nazim Səmədov
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirinin Müavini

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP