TURİSTLƏR ÜÇÜN MƏLUMAT

Təklif olunan başlıqlar:

Elektrik

Azərbaycanın elektrik təminatı  220V 50Hz-dir.

Rozetkalarda CEE-7/16 Avropa standartlı dairəvi sancaqlı Avropa ştepsellərindən istifadə olunur, beləliklə əksər Qərbi Avropa avadanlıqları Azərbaycanda yaxşı işləyəcək. Lakin digərlərinin arasında Britaniya və Şimali Amerikadan olan səyahətçilərin öz məişət cihazlarından istifadə etmək üçün adapter və müvafiq transformatora (kamera və kompüterlər də daxil olmaqla ən müasir səyyar elektron cihazlar artıq bunlarla təmin edilir) ehtiyacları olacaq .

Nəyi isə unutmusunuzsa, narahat olmayın. İstənilən elektron məhsulu internetlə Bakı ərazisində tapa biləcəksiniz. Saç qurudandan yaddaş kartına qədər hər şeyi axtarmaq üçün yaxşı yer Bakının 28 Mall ticarət mərkəzində böyük filialı olan, çaşdırıcı adla adlandırılan böyük Music Gallery (www.mgstore.az) elektronika şəbəkəsidir.

Bakıda və əksər böyük mərkəzlərdə enerji təminatı etibarlıdır, lakin kənd rayonlarında hərdən enerji nasazlıqları və ya sıçrayışları baş verə bilər, beləliklə həssas avadanlıqlar üçün müvafiq  adapter götürmək lazımdır.

Pul və Valyuta

Manat

Azərbaycanın milli valyutası 10 q, 20 q və nadir hallarda 50 q nominalı sikkələri olan 100 qəpiyə bərabər Manatdır.  Təxminən Avroya bərabər olan Manat  90 dərəcə çevrilmiş E Avro işarəsinə bənzəyən M ilə yazılır. Təxmini mübadilə kursları üçün aşağıdakı hissəyə baxın: Əsas valyutalar üçün çevirmə Mexanizmi – biz  http://azerbaijan.travel/en/exchange/99-Valyuta  bölməsindən istifadə edə bilərikmi?

Harada mübadilə etməli

Bir çox banklar mübadilə xidmətləri təklif edirlər, çoxu da kiçik köşklərdə. Xüsusilə Bakının mərkəzində  nağd Avro, Funt sterlinq, Rubl və xüsusilə də ABŞ Dolları üçün nəzərə çarpacaq dərəcədə aşağı alqı-satqı kursu tapa bilərsiniz. İstənilən məbləğdə artıq qalan manatı yenidən dollar və ya Avroya  çevirmək problem deyil. Otellərdə kurslar əhəmiyyətli dərəcədə aşağı olmağa meyllidir.

Çay pulu

  • Xidmət haqları bəzi restoranlarda göstərilən xidmətlərə daxildir, lakin bütün restoranlarda yox. Təxminən 10% əlavə etmək münasibdir.
  • Aeroportda və ya yaxşı otellərdə yükün həcmindən asılı olaraq təxminən 5 AZN-dən 10 AZN-ə qədər istəyə bilərlər.
  • Yol haqqını razılaşdırdığınız taksidə ümumi məbləğ kifayətdir. Lakin sayğacla işləyən London tipli taksilərdə kiçik gedişlər üçün gediş haqqının yaxın manata qədər yuvarlaqlaşdırmaq nəzakətli olardı.

Kredit Kartları

Kredit kartları butiklərdə, yaxşı restoranlarda və yüksək səviyyəli otellərdə qəbul olunur, lakin ümumiyyətlə ərzaq mağazalarında, kafelərdə, qonaq evlərində və ya kiçik yerli mağazalarda qəbul olunmur. Visa və Mater Card-lar ən çox qəbul olunur, bəzi müəssisələrdə Amex də qəbul olunur. Azərbaycanda Çin İttifaqının Ödəniş kartının qəbul olunmasına başlamaq 2014-2015-ci illərə qədər mübahisəlidir.

ATM-lər

Bankomatlar mərkəzi Bakıda geniş yayılmışdır, Azərbaycan üzrə ən kiçik rayon mərkəzində ən azı bir ATM olması getdikcə adi hala çevrilir.

Online ödəmə sistemləri

Azərbaycanda iki əsas daxili hesab ödəmə sistemi var.  MilliÖn (www.million.az) ictimai yerlərdə birbaşa ödəmələrə imkan verən terminalların  ümumxalq şəbəkəsinə malikdir.  GoldenPay (www.goldenpay.az) isə PayPal xətləri ilə ödəməyə imkan verən online xidmətidir.

Gömrük qaydaları

Ölkəyə 1000 ABŞ dollarından artıq və ya buna bərabər digər xarici valyuta gətirdikdə, bunu gömrük bəyannaməsində göstərməlisiniz və gəlişiniz zamanı bu bəyannaməyə möhür vurulmalıdır. 50,000 ABŞ dollarından artıq valyuta olduqda, sizdən onun mənbəyini izah etmək üçün bank hesabatından çıxarış tələb oluna bilər. Ölkəni tərk edərkən ölkəyə ilkin gəlişiniz zamanı bəyan etdiyiniz ümumi məbləğdən artıq aparmağa icazə verilmir. Lakin bu 1000 ABŞ dollarından aşağı məbləğlərə şamil olunmur. Azərbaycan vətəndaşlarına 10,000 ABŞ dollarına qədər xarici valyutanı görük formasında sənədləşdirmə ilə aparmağa icazə verilir.

Telekommunikasiyalar

Telefon kodları

Ölkənin beynəlxalq kodu + 994

Baku kodu (0)12

Beynəlxalq çıxış kodu 00

Mobil Telefonlar

Bəzən elə görünür ki, hər bir azərbaycanlının qulağı mobil telefona lehimlənib. Əlbəttə, çox insanların birdən artıq telefonu var və ya müxtəlif şəbəkələrə ucuz zəng etmək üçün dual-SİM telefonları var. Bəzi kəndlər hələ də yalnız tək bir şəbəkə ilə əhatə olunsa da, kənd rayonlarında da əhatə dairəsi nəzərəçarpacaq dərəcədə genişdir. Bəzi əsas məqamlar:

  •  GSM 900 sistemindən istifadə olunur. Bu Avropada olduğu sistemlə eynidir, lakin əksər Yapon və ABŞ mobil telefonları ilə uyğun gəlmir.
  • Üç mobil operator var – Azercell (kodları 050, 051), Bakcell (055) və  Nar Mobile (070, 077).
  • 3G xidmətindən hətta Bakı Metrosunun yeraltı dəmir yolu sistemində də  geniş istifadə etmək mümkündür.

Bloklanmayan mobil telefonlar üçün  SIM Card  almaq bahadır və çoxsaylı xüsusi mağazalardan birbaşa alınır. Bunun üçün pasportu  və yerli ünvanınızı təqdim etmək lazımdır.

İnternet

Əksər otellər tamamilə WI-FI birləşməsi ilə əhatə olunmuşdur və böyük otellərdə həmçinin ən azı bir neçə kompüteri olan biznes mərkəzləri var. Əsasən əksər otellərdə bəzən WI-FI  üçün əlavə ödəniş tələb olunur, Bakıda və Bakı ətrafında çox saylı kafe və restoranlarda bu pulsuzdur. İnternet kafelər kifayət qədər geniş yayılmışdır və baha deyil (nadir hallarda bir sat üçün 80 qəpikdən artıq). Mobil telefon provayderləri 3G mobil şəbəkələri vasitəsi ilə kompüterinizdən internetə qoşula bilməyiniz üçün nisbətən ucuz elektron qurğular təklif edirlər.

Poçt və Kuryer xidmətləri

Azərpoçt (AzerPost) milli poçt sistemini idarə edir. Əksər yerli müştərilər poçtlarını qapı-qapı çatdırılma ilə deyil, ən yaxın poçt ofisi vasitəsi ilə alırlar.  Təmin olunan xidmət etibarlıdır və getdikcə sürətlənməkdədir: vaxtı ilə Cənubi Amerikadan bir aya gələn poçt  indi iki həftədən az vaxta gəlir. Sürətli çatdırma üçün kuryer xidməti provayderlərinin  nəzərəçarpacaq çeşidi var. Azərbaycanda bütün əsas beynəlxalq poçt və kuryer xidmətləri şirkətləri fəaliyyət göstərir.

Tolerantlıq və çox mədəniyyətlilik

Mövhumatçı və ya dindar olmasından asılı olmayaraq, möminlər Bakıdan 35 km şərqdə yerləşən Şüvəlan ziyarətgahına toplanırlar. Özünün parıldayan güzgü ilə örtülmüş interyeri və gözəl firuzəyi naxışlı kümbəzləri ilə bina bir çox klassik tipik islam məbədlərini xatırladır. Lakin onun yerləşdiyi qəbiristanlıqda yalnız Müsəlman qəbirləri deyil, həmçinin Sovet Ateistlərinin və Ortodoksal Xristianların da abidələri var.

Bu yalnız maraqlı bir təsadüf deyil. Azərbaycan qəti olaraq həm şəxsi səviyyədə, həm də dövlət siyasəti olaraq çox mədəniyyətlidir. Yeri gəlmişkən, Prezident Əliyev ölkəni “çox mədəniyyətli dünya mərkəzləri”ndən biri   elan etmişdir.

Təhlükəsizlik

Dünyada çox az şəhər Bakı kimi təhlükəsizdir. Kiçik cinayətlər minimum səviyyədədir. Arxa ciblərindən şişman pul kisələri sallanan yerli insanlar tam dolu ictimai avtobusa minərkən tam qayğısız görünürlər.  Yerli qadınlar ümumiyyətlə hətta gecə saatlarında evə piyada gedərkən və ya  tanış taksi şirkətindən və ya sürücüdən istifadə etməyin daha etibarlı olması haqqında xəbərdarlığın fərqinə varmadan taksiyə minərkən, özlərini kifayət qədər təhlükəsiz hiss edirlər.  Bakıda əsas təhlükə buna öyrəşənə qədər bir qədər xaotik hiss olunan nəqliyyatın sıx hərəkət etdiyi yolu keçməkdir.

İldə bir neçə dəfə Bakı çox güclü küləklərə məruz qalır. Gözlənilməz istiqamətlərdən uçan qırıntıların gələ biləcəyindən, belə günlərdə çox diqqətli olmaq lazımdır.

Etiket, mədəniyyət və biznes davranışı

Geyim

  • Azərbaycanlılar həm işdə, həm də gecə tədbirlərində iştirak edərkən daha rəsmi geyinməyə qərblilərdən daha çox meyllidirlər.
  • Bakı qadınları bir qayda olaraq, praktik olmayan yüksək daban ayaqqabılara, nöqsansız makiyaja və eleqant, bir qədər da şou dəblərinə üstünlük verirlər. Bir sıra ciddi Müsəlman qadınları saçlarını örtsələr də, bu qətiyyən xarakterik deyil  və belə edənlərin də İslam zərifliyi üçün çox gözəl gözləri var.
  • Kişilər üçün yaraşıqlı kostyum və qalstuk adətən  həm işgüzar görüşlər üçün, həm də teatr üçün məcburidir. Daha cavan biznesmenlər cins və açıq yaxalıqlı köynəklə  “Silikon Vadisi” görünüşünə mey etməyə başlayırlar, lakin kiminlə görüşəyəcəyinizdən əmin olmasanız, bu riskli seçim ola bilər. Görünüş nəzərə alınır.

Davranış tərzləri

  • Kişiyə/qadına müraciət edərkən hörmət əlaməti olaraq, onların adından sonra müəllim/xanım sözünü əlavə edin.
  • Azərbaycanlı evinə daxil olarkən, ayaqqabılarınızı çıxarın.
  • Məclisdə olarkən burnunuzu silməyin və ya dişlərinizi qurdalamayın.
  • Saqqız çeynəyərkən danışmayın.
  • Kim isə ayağınızı tapdadıqda, avtomatik üzürxahlıq kimi sonradan onlar sizin əlinizi sıxdıqda, təəccüblənməyin.
  • Eyni cinsli insanlarla danışarkən sıx göz kontaktı saxlayın.
  • Azərbaycanlılar ümumiyyətlə Qərblilərə nisbətən xüsusilə  eyni cinsli adamlar arasında daha az məsafə olanda  özlərini rahat hiss edirlər.

Görüşlər

  • Bakıda yəqin ki, sizin kontaktlarınızdan çoxunun rus dilində danışdığına rast gələcəksiniz, lakin rus dilinin qəbul olunan ünsiyyət tərzi olduğunu güman etsəniz də, ilkin salamlaşmanı azərbaycan dilində etmək nəzakətli olar.
  • Vaxtında gəlmək məsləhət olsa da, azərbaycanlı həmkarınız sizin görüşünüzə gecikdikdə, özünüzü təhqir olunmuş hesab etməyin.  Vaxt maye kimi bir şeydir.
  • Protokol tərtib edərkən, statusuna görə  kimin birinci danışacağı, kimin harada və nə vaxt əyləşəcəyi  və s. kimi həssas məsələləri müəyyənləşdirməkdə ehtiyatlı olun.
  • Nəzakətlilik və ədəb mühümdür. Çay vasitəsi ilə əlaqələr qurmaq və aşkar mövzudan kənar müzakirələr tez-tez hər hansı əhəmiyyətli razılaşmanın əsas müqəddiməsi olur və tələsdirilməməlidir.  Əsl qarşılıqlı anlaşma yaratmaq mühüm məsələdir. Bu o demək deyil ki, siz çətin danışıq aparan şəxs olmamalısınız, lakin mübahisələr yaxşı əhvallı insani kontekstdə aparılmalıdır.
  • Göz kontaktı səmimiyyət əlaməti kimi qəbul olunur.

Bəzi məsləhətlər:

  • 8 Mart Beynəlxalq Qadınlar Bayramı böyük hadisədir. Əgər siz kişi cinsinin nümayəndəsisinizsə, qadın həmkarlarınıza və işçilərinizə kiçik hədiyyələr vermək münasib olardı.  Yeri gəlmişkən, bunu etməmək yumşaq təhqir kimi qəbul edilə bilər.
  • Əgər kişi tanışınız sizi saunaya içməyə və ya nahara dəvət edirsə, bu təsadüfi gizli tanışlıq üçün deyil, tam normal ictimai təcrübədir.

Yanlış anlama

  • Azərbaycanlılar bir şeyi qəbul etməzdən əvvəl, bir neçə dəfə imtina etməyi nəzakətlilik hesab edirlər, beləliklə bilin ki, kim isə imtina etməkdə israr edirsə, bu heç də yox demək deyil.
  • Bəxtinizi sınamayın! Qərblilərin “şəhadət və orta barmaqlarını çarpazlaşdırdığı” və ya “ağacı tıqqıldatdıqları” kimi, azərbaycanlı da gələcək planlarından danışarkən, “Insh’Allah”  (Allah qoysa) terminini əlavə edir.
  • “Qonaq ol” termini təxminən “be my guest” kimi tərcümə olunur. Lakin nəzəri cəhətdən bu sizin ödəməli olmadığınızı bildirsə də,  bu əsasən formal olaraq deyilir…. Sizin imtina etməyiniz gözlənilir!

İnanclar

  • Çiçək verərkən, yalnız tək sayda verin. Cüt saylar yalnız məzar üzərinə qoymaq üçün münasibdir.
  • Çörək üçün xüsusi ehtiram var, yerə düşdükdə, üzürxahlıq olaraq o öpülməlidir!
  • Nəm saçlarla çölə çıxmağın ciddi sağlamlıq problemləri yaratdığını düşünürlər,  eyni zamanda bəzi yerli sakinlər buz kimi soyuq içkilərin də bunun kimi təhlükəli olduğunu düşünürlər.
  • Duzun dağılması mübahisə olacağını bildirir, lakin onun üzərinə şəkər səpməklə bunun qarşısını almaq olar.
İdman və Asudə Vaxt

Azərbaycan insanların nadir hallarda idmanla əlaqələndirdiyi ilk ölkələrdən biridir. Lakin bunun hamısı iki böyük beynəlxalq idman sensasiyası ilə dəyişiləcək. 2016-cı ilə qədər Formula 1 motoyarışları  Baku Grand Prix-ni təqdim edəcək.  Və 2015-ci ildə ölkə birinci dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu “Olimpiya Oyunları” güləş, boks və müxtəlif döyüş idman növləri də daxil olmaqla, Azərbaycanın bir çox məşhur idmanlarını nümayiş etdirəcək.  Lakin, Avropanın çox hissəsində olduğu kimi, Azərbaycanın ən çox tamaşa edilən idman növü futboldur (soker). Kiçik miqyasda olsa da, ən qədim yerli əyləncə növü şahmat və bakqammonun yerli forması olan nərddir.

Avropa Olimpiya Oyunları 2015

Regional Olimpiya Oyunları ideyası haqqında  illərlə mübahisələr aparılıb, lakin ilk belə Avropa Oyunları 2015-ci ildə Azərbaycanda keçirilmişdir. Nəzərəçarpacaq dərəcədə qısa zaman kəsiyində xalq coşqu ilə beynəlxalq standartlara cavab verən  təzə və müasir stadionlar tikmək çağırışına qoşulmuşdur.

Güləş, Boks və Döyüş Növləri

Azərbaycanın bir sıra ən böyük atletika uğurları döyüş idmanı növlərində olmuşdur. 2012-ci il London Olimpiya Oyunlarında Azərbaycan güləşçiləri sərbəst növdə ikisi qızıl medal olmaqla yeddi medala sahib olmuşlar. İdman yerlərdə geniş yayılmışdır və Bakı FILA Avropa Güləş Çempionatına (2010), FILA Güləş üzrə Qızıl Grand Prix (2011, 2010) və Avropa Sərbəst Güləş Çempionatına (2002)  ev sahibliyi etmişdir. Azərbaycan boksçuları 2000-ci il Sidney Olimpiadasından bəri hər oyunlarda Olimpiya medallarına sahib olmuşlar və döyüş idman növləri də həmçinin çox məşhurdur. Azərbaycan 2011-ci ildə  BCF-nın Ümumdünya  Cüdo Masterləri yarışına  və 2013-cü ildə BCF-nın Cüdo üzrə Grand Slam yarışlarına  ev sahibliyi etmişdir. 2012-ci il London Olimpiya Oyunları üçün ÜTF-nın Ümumdünya Taekvando Kvalifiksiya Yarışları da Bakıda keçirilmişdir.

Futbol (Soker)

Azərbaycanın futbol liqası assosiasiyası (AFFA) Avropa futbol təşkilatı olan UEFA –ya qoşulmuşdur və sizin Azərbaycanın adını beynəlxalq idman mətbuatında Athletico Madrid-in köynəklərində görə bilmək ehtimalınız olduğuna baxmayaraq, onun komandaları Çempionlar Liqasında yerlər uğrunda mübarizə aparırlar. 2012-ci ildə Azərbaycan 17 yaşından aşağı Qadınlar arasında Dünya Kubokuna ev sahibliyi etmişdir.

Cövkən

Bir çox Türk xalqlarında olduğu kimi, Azərbaycanda da atçılıq idman oyunlarının qədim ənənəsi var. Bu gün cövkəndən, Azərbaycanın unikal polo oyunundan daha çox qərb üslublu at yarışlarını görmək olar. Buna baxmayaraq son illərdə çövkən az da olsa dirçəliş dövrünü keçirir və 2013-cü ildən bəri UNESCO tərəfindən xüsusi qorunmağa ehtiyacı olan dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qeydə alınmışdır.

Nərd

Azərbaycanda kənd rayonlarında istənilən çay evinə daxil olduqda, siz sərt yerləşdirilən dominoların və ya bəkqammonun nərd kimi tanınan yerli forması üçün şaşkilərin aydın şaqqıltısını eşidə bilərsiniz. Əsasən kişilər oynasa da, bu müsafir həvəskarların da özlərini sınamaq istədikləri bir yerli idman növüdür… lakin tezliklə müəyyənləşdirəcəksiniz ki, qaydalar Qərb bəkqammonundan nisbətən fərqlidir.  Sizə xəbərdarlıq edildi.

Şahmat

Belə kiçik bir ölkə olmasına baxmayaraq, keçirilən şahmat çempionatlarında Azərbaycanın böyük rekordu var.  20-ci əsr şahmatında ən böyük simalardan biri olan Qarri Kasparov Bakıda anadan olmuşdur, 21-ci əsrin daha iki şahmat möcüzəsi, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da Azərbaycanlıdırlar.  Nəsillər üçün milli qabiliyyət Sovet şahmat məktəbləri tərəfindən tərbiyə olunmuşdur, bu miras 2009-cu ildən prezident dəstəyi ilə bərpa olunmağa başlamışdır.

Nəqliyyat

Hava

Azərbaycana giriş qapısı böyük təzə çox cərgəli magistral vasitəsi ilə Bakının mərkəzindən 20 km şərqdə yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportudur. Gəncə, Naxçıvan, Lənkəran və Qəbələdə kiçik beynəlxalq aeroportlar və Zaqatalada daxili aeroport var.

Beynəlxalq

Hava yolları və təyinat məntəqələri haqqında məlumatlar tez-tez dəyişilir. 2014-cü il may ayından sonra vəziyyət belədir.

Əsas daşıyıcılar

Azerbaijan Airlines (AZAL)  əsas avia daşıyıcıdır. Artıq Avropa və regional təyinat məntəqələrinin geniş seçimini təqdim etsə də, AZAL-ın planlaşdırılan genişlənməsinə yeni qitələrarası marşrutlar daxil ediləcək  (bax bura).

Turkish Airlines  Bakı, Gəncə və Naxçıvandan İstanbul vasitəsi ilə dünyaya uçuşlar təklif edir.

Bakıdan Moskva vasitəsi ilə Aeroflot-la, Frankfurt vasitəsi ilə Lufthansa ilə və Doha vasitəsi ilə Qatar Airways-lə çoxsaylı dünya uçuşları da mümkündür.

Digər Avropa Uçuşları

Air Baltic Riqa aeroportu çox kiçik olduğundan nisbətən sıx keçid vaxtları ilə şimali Avropaya çoxlu birləşmələri olan  Bakı-Riqa büdcə uçuşları həyata keçirir.

AZAL-ın təyinat məntəqələrinə Milan və Paris daxildir.

Belavia  Bakı-Minsk marşrutu ilə uçuşlar həyat keçirir.

Czech Airlines həftədə iki dəfə Praqaya /Praqa vasitəsi ilə birgə reyslər həyata keçirir.

Ukraine International Airlines (www.flyuia.com) münasib qiymətlərlə müxtəlif növbəti birləşmələr olmaqla Kiyevə uçuşlar həyata keçirir..

Asiya və Yaxın Şərq

AZAL, Turkish Airlines və Pegasus Türkiyədə geniş çeşidli məntəqələr təklif edir.  Qatar Airlines və flyDubai  Körfəz vasitəsi ilə müxtəlif birləşmələrə imkan verir (İran Air də həmçinin uçuşlar həyata keçirir).  AZAL həmçinin Pekin və Urumçuya uçuşlar həyata keçirir, sonrakına da Çin üzərindən birləşmələri olan Cina Southern tərəfindən xidmət olunur. Uzbekistan Airlines Cənub Şərqi Asiyaya  bir sıra əlverişli birləşmələr təklif edir.

Mərkəzi Asiya və Qafqaz

Xəzər üzərindən uçuşları Almatıya və Almatı vasitəsi ilə  Air Astana, Aktauya  AZAL, Aşqabada Lufthansa , Aktauya, Astanaya və Atyrauya  SCAT, Düşənbəyə  Tajik Air və Daşkəndə vəDaşkənd vasitəsi ilə Uzbekistan Airways həyata keçirir. AZALQatar Airways   Tbilisiyə xidmət edir.

Rusiya

Rusiyaya bir çox hava birləşmələri var.  Aşağıdakı hava yollarının çoxu birləşmə uçuşu verməklə çeşidli növbəti təyinat məntəqələri təklif edir. Həmçinin Minsk (Belavia ilə), Riqa (Air Baltic ilə) və ya Kiyev (Ukranian İnternational ilə) vasitəsi ilə Moskvaya uça bilərsiniz.

  • Aeroflot – Gündə iki dəfə Moskva-Şeremetevoya, həftədə üç dəfə Sankt Peterburqa (Rossiya Airlines tərəfindən istismar olunur)
  • AZAL – Astarxan, Krosnoyarsk, Mineralnıe Vodı, Moskva-Domadedova, Nijni Novqorod, Novosibirsk, Rostov, Sankt Peterburq, Yekaterinburq
  • IrAero – Omsk
  • NordStar – Həftədə iki dəfə Krosnoyarska, ən azı həftədə bir dəfə Ufaya
  • S7 Airlines – Gündəlik Moskva-Domodedovaya, həftədə üç dəfə Novosibirskə
  • UTAir – Həftədə üç dəfə Moskva-Vnukovaya, plyus həftədə bir dəfə Kazana, Xantı-Mansiyskə, Nijni Novqoroda, Samaraya, Surquta, Tümünə
  • Ural Airlines – Həftəlik Yekaterinburqa
  • Air Arabia Şarja – Delhi

Daxili

Ən faydalı beynəlxalq uçuş marşrutu Bakı-Naxçıvandır, çünki bu şəhərlər arasında rahat quru marşrutu yoxdur.  Uçuşlar gündə beş dəfə AZAL tərəfin həyata keçirilir.

Yol və Dəmir Yolu

Beynəlxalq

Uzun məsafəyə Qatar və avtobus xidmətləri Tbilisiyə (Gürcüstan) və Rusiyada bir sıra məntəqələrə həyata keçirilir.  Qeyd etmək lazımdır ki, Azərbaycan-Rusiya sərhəddini keçməyə yalnız MDB ölkələrinin vətəndaşlarına icazə verilir. Bakı-Tbilisi səfərini daha maraqlı etmək üçün Şamaxı, Qəbələ və Şəkidən keçərək,  şimal marşrutundan istifadə etməklə hərəkət etməyi nəzərə almaq lazımdır. Və ya eyni marşrutlarda bir sıra avtobuslar dəyişməklə, həmçinin bir neçə taksi dəyişməklə Balakəndə sərhəd məntəqəsinə çatmaq və oradan Gürcüstanda Laqodexiyə getməyə davam etmək lazımdır, buradan Tbilisiyə mini avtobuslarla getmək olar.

Daxili

Azərbaycanın əksər yollarında avtobuslar və mini avtobuslar hərəkət edir və hətta əksər günlər nisbətən təcrid olunmuş  kəndləri də dolanırlar. Gediş haqqı nisbətən ucuzdur və əvvəlcədən  sifariş etmək ümumiyyətlə lazım gəlmir.  Avtobus şəbəkəsi bəzi marşrutlarda payçı taksilərin qeyri-rəsmi sistemi ilə paraleldir.  Dəmir yolu sistemi müasirləşdirilməsinə baxmayaraq, daxili qatarlar nisbətən ləng hərəkət edir. Lakin hələlik yatmaq üçün vaqonları olan  qatarlardan – ən əlverişlisi Şəki və ya Zaqatala qatarıdır –  ölkədə ucuz  və rahat istifadə etmək mümkündür, lakin bilmək  lazımdır ki, qatar stansiyaları xidmət etdikləri şəhərlərdən adətən nəzərə çarpacaq qədər uzaq məsafədə yerləşir.

Bakı Şəhəri Daxilində Nəqliyyat

Taksi

“Badımcan rəngli taksiyə min!” Bakıda hər yerdə taksilər var, lakin yerli dildə danışa bilmirsinizsə, dərin badımcanı bənövşəyi sakitləşdirici çalarla rənglənmiş geniş London üslublu taksilər parkına məxsus taksilərdən birinə minmək adətən ən təhlükəsizdir.  Küçələrdə rast gəldiyiniz digər taksilərdən fərqli olaraq (əsasən ağ və ya sarı), London üslublu taksilər ciddi olaraq sayğacla işləyir,  beləliklə gediş haqqını sonrakı ən yaxın manata yuvarlaqlaşdırmaqla çay pulu vermək adi hal olsa da, qiymət razılaşdırmağa ehtiyac qalmır…. Gözə çarpan yer işarələri ilə onsuz da ingilis dilində az danışan  sürücünü təlimatlandırmaq  adətən daha yaxşıdır. Yenə də hara getmək istədiyinizi  yerli dostunuzun izah etməsi yaxşı olardı.

Piyada

Bizim təklif etdiyimiz yol qeydləri sizə bəzi piyada getmək təklifləri verir. Əsas yollardan keçərkən yeraltı keçidlərdən istifadə edin – nəqliyyat  hərəkəti məhbusları seçmir.

Metro

Hal-hazırda genişləndirilən Bakının yeraltı dəmir yolu  əsasən mərkəz sahələrə gedənlərdən daha çox şəhərə gedən sərnişinlər tərəfindən istifadə olunur.  Nizami metro stansiyasında mozaik divar freskalarını görməyə dəyər.

Avtobus

Bakıda ilk dəfə səfərdə olanlar üçün marşrutların sadəcə artıq yüklənməsi avtobuslardan istifadəni ilk dəfə çaşdırıcı edə bilər, lakin öyrənmək üçün asan olan bir neçə marşrut nömrələri var:

 

Miqrasiya

Vizalar və Sənədlərlə İş

Lütfən nəzərə alın ki, bu bölmə yalnız ümumi təlimat üçündür. Tam ətraflı məlumat üçün xahiş edirik Azərbaycan Xarici İşlər Nazirliyinə (www.mfa.gov.az), və ya ən yaxın Azərbaycan səfirliyinə müraciət edin. Yadda saxlayın ki, qaydalar dəyişə bilər!

Əsas yoxlanılmalı məqamlar:

  • Mənə viza lazımdırmı?
  • Mən onu çatarkən ala bilərəmmi? Bu nisbətən az hallar üçün şamil olunur.
  • Hara müraciət etməlisiniz? Bir qayda olaraq siz vətəndaşı olduğunuz və ya daimi yaşadığınız ölkədəki Azərbaycan nümayəndəliyinə müraciət etməlisiniz. Ölkəsində Azərbaycan nümayəndəliyi olmayan vətəndaşlar üçün adətən başqa bir yerdə onların müraciət edəcəyi müəyyənləşdirilmiş nümayəndəlik var. E-visa-dan istifadə etmək vaxta, narahatçılığa və pula qənaət edə bilər, xüsusilə də axırıncı halla qarşılaşanda və ya daimi vətəndaşı olmadığınız üçüncü bir ölkədə qaldığınız halda.
  • Bilmək lazımdır ki, Azərbaycana gəlişinizin 10 günü müddətində siz qeydiyyatdan keçməlisiniz. Bu sadə rəsmiyyətçilikdir və oteldə qaldığınız halda, sizin üçün qeydiyyat aparılacaq, lakin tam ətraflı məlumat üçün bu bölməni mütləq oxuyun.

Erməni vətəndaşları və Erməni mənşəli şəxslərin Azərbaycana daxil olması üçün xüsusi icazə tələb oluna bilər. Bakı tərəfindən dəqiq icazə verilməyənə qədər Azərbaycanın Erməni silahlı qüvvələrinin(əsasən də özünü müstəqil elan etmiş Dağlıq Qarabağ qurumunun)  işğalı altında olan ərazilərinə səfərlər Azərbaycan qanununa ziddir. Belə bir səfərin aşkar olunması vizadan imtina və ya mümkün mühakimə olunmaqla nəticələnə bilər.

Viza haqqında Ümumi Məlumat:

Aşağıdakı ölkələrin vətəndaşları üçün viza tələb olunmur: Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistan. Maksimum qalma müddəti 90 gündür; üç gün müddətində qeydiyyat tələb olunmur.

Çatarkən Viza Bəhreyn, Küveyt, Oman, Qatar, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Çin, Yaponiya, Malayziya, Sinqapur, Cənubi Koreya və Türkiyə vətəndaşları (30 gün) üçündür.

Öncədən alınan Viza – Yuxarıdakı siyahıda göstərilən ölkələrin vətəndaşlarından başqa digər ölkə vətəndaşları vizalarını qabaqcadan almalıdırlar. Əsasən bu Azərbaycan səfirliyinə/konsulluğuna/viza xidmətinə getməyi və ya səyahət agentliyi vasitəsi ilə e-viza təşkil etməyi nəzərdə tutur. Hər iki sistem üçün sizə ya dəvət məktubu, ya da əvvəlcədən sifariş olunmuş turist yaşayış mənzili lazım olacaq. Ən azı iki həftə əvvəl müraciət olunmalıdır, əks halda siz əlavə ödəniş etməli olarsınız.

Sizin pasportunuzun başa çatma tarixi üç aydan artıq olmalıdır, əks halda viza verilməyəcək.

Öncədən Vizalar

Vizanın Etibarlılığı və Müraciət

Əksər tək girişli vizalar 30 gün müddətində bir giriş üçün etibarlıdır və 90 gün müddətində istifadə olunmalıdır.

İki girişli vizalar biznes üçündür, turist məqsədləri üçün deyil, tək girişli vizadan baha deyil. Hər girişdə vizanın verildiyi tarixdən 90 gün müddətində 30 gün qalmağa icazə verilir.   

Çox girişli vizalar adətən bir il üçün etibarlıdır, lakin adətən müəyyən hazırlıq dərəcəsi və Xarici İşlər Nazirliyindən telekslə təsdiq tələb edir. Bəzi belə vizalar bir illik etibarlılıq müddətində ölkədə cəmi 90 gün qalmağa icazə verir.   

E-Vizalar

Səfirliyə və ya konsulluğa müraciət etmək əvəzinə, siz e-viza üçün müraciət edə bilərsiniz. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.

 

Çatarkən Viza

Məhdud sayda hallar üçün Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna çatarkən vizalar almaq mümkündür. Bu xidmət aşağıdakılar üçündür:

  • Türkiyə və İsrail vətəndaşları üçün (onlar Gəncə və Naxçıvan aeroportlarında da viza ala bilərlər)
  • Bakıya birbaşa hava uçuşları olan, lakin Azərbaycanın diplomatik nümayəndəliyinin akkreditasiya olunmadığı ölkələrin vətəndaşları.
  • Xüsusi yüksək səviyyəli dəvətlər alanlar. Aşağıda dəvət etmək hüququ olanların  siyahısına baxın.
  • Azərbaycandakı xarici diplomatik nümayəndəliklərin işçiləri və onların ailələri. Həmçinin Azərbaycana xüsusi diplomatik missiyalarla  gələnlər.
  • Ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycana gələn şəxslər (vəziyyəti təsdiq edən sənədlər tələb olunur)
  • Azərbaycan Respublikasını Prezidenti
  • Azərbaycan Respublikasının Baş Naziri
  • Azərbaycan Respublikası Milli Məclisinin (Parlamentin) sədri
  • Azərbaycan Respublikası Prezident Administrasiyasının Başçısı
  • Naxçıvan  Muxtar Respublikası  Ali  Məclisinin (Parlamentin) Sədri
  • Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
  • Azərbaycan Respublikası Baş Prokuroru
  • Azərbaycan Respublikasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsman)
  • Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Sədri
  • Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyətinin başçısı
  • Azərbaycan Respublikası Mərkəzi Bankının Sədri
  • Azərbaycan Respublikası Prezidentinin Administrasiya Şöbəsinin Başçısı
  • Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti Başçısı
  • Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin rəhbərliyi
  • Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Sədri
  • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (qəza hallarının nəticələrini aradan qaldırmaqla əlaqədar əməliyyatlarda iştirak etməyə gələnlər üçün)
  • Dəvətin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılması şərti ilə, Beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən müəyyən xarici şirkətlərin başçıları.

Azərbaycana çatarkən qeydiyyat

Qonaqlardan Azərbaycana gəldiklərindən 10 gün müddətində çox sadə bir viza qeydiyyatı prosedurunu doldurmaq tələb olunur. Biznes və ya turist sinifli oteldə qalsanız, bu rəsmiyyət sizin adınızdan avtomatik edilir.  Başqa halda, www.migration.gov.az vasitəsi ilə online qeydiyyatdan keçə bilərsiniz, lakin xəbərdar olmalısınız ki, sizin printerə və skanerə giriş imkanınız olmalıdır, çünki “online forması” təhvil verilməzdən (e-mail-lə) əvvəl, sizin ev sahibiniz/ev sahibəniz tərəfindən imzalanmalıdır.

Gömrük qaydaları

Aşağıda verilmiş məlumatlar təlimatdır, lakin bu qanuni sənəd deyil. Daha ətraflı məlumat və rəsmi izahlar üçün lütfən Azərbaycan Dövlət Gömrük Komitəsinə www.customs.gov.az müraciət edin.

Azərbaycana daxil olarkən

Nə gətirmək olar və nə gətirmək olmaz …

Pul

Xarici valyuta gətirilməsi məhdudlaşdırılmır, lakin 1000 ABŞ dollarından artıq və ya buna bərabər gətirilən ümumi məbləğ üçün gömrük bəyannaməsi doldurmağınız gözlənilir. Bəyannaməni saxlamaq lazımdır, Azərbaycanı tərk edərkən onu göstərmək  tələb oluna bilər.

Yalnız Azərbaycan vətəndaşlarına qanunla Azərbaycan manatı nominal nağd pul aparıb-gətirməyə icazə verilir.

İcazə Verilən Gömrüksüz İdxallar

  • 1 000-ə qədər siqaret və ya 1 kq tütün məhsulları (16 yaşından yuxarı şəxslər üçün);
  • 1.5 litrə qədər spirtli içki və 2 litr şərab;
  • Şəxsi istifadə üçün ətir;
  • 10,00 ABŞ dolları civarında digər mallar. Bəzi yüksək qiymətli mallar gömrük bəyannaməsi formasında göstərilməlidir. Əgər maraqlanırsınızsa, iki dəfə tıklayın;

Xüsusi icazə olmadan gətirilməsi qadağan olunan mallara daxildir

  • silah və sursat;
  • nəzarət olunan dərmanlar və narkotiklər;
  • heyvanlar;
  • “Azərbaycan Respublikasının konstitusiya quruluşu əleyhinə yönəlməsi” nəzərdə tutulmuş fotolar və çap olunmuş materiallar (məs., Qarabağın işğal olunmuş ərazilərinin müstəqil ölkə kimi göstərildiyi xəritələr belə sənədlərə aid ola bilər)”;
  • təzə meyvə və tərəvəzlər;

Azərbaycanı tərk edərkən

Özünüzlə nə aparmaq olar və nə aparmaq olmaz…

Pul

Gələrkən gömrük bəyannaməsində göstərildiyi məbləğdən  artıq valyuta (və ya maliyyə vəsaiti) ilə ölkəni tərk etmək olmaz. Məbləğ 1000 ABŞ dollarından az və ya digər valyutalarda buna bərabər olduqda, gömrük bəyannaməsi tələb olunmur.

Texniki cəhətdən yalnız Azərbaycan vətəndaşlarına ölkədən Azərbaycan manatı çıxarmağa icazə verilir. Hər bir halda bu  böyük məbləğin ölkədən çıxarılmasının qarşısını almaq məqsədi güdür və bu sizin apara biləcəyiniz  bir ovuc xırda pul üçün ciblərinizin axtarılacağını bildirmir.

İcazə Verilən İxrac Malları

  • şəxsi əşyalar;
  • rəsmi olaraq Azərbaycanda alınmış əl işləri və məhsulları;
  • Azərbaycana özünüzlə gətirdiyiniz və gömrük bəyannaməsi formasında göstərdiyiniz qiymətli əşyalar;
  • maksimum 125 q nərə kürüsü.

Müvafiq icazə olduqda icazə verilən ixrac malları

  • 1960-ci ildən sonra hazırlanmış xalçalar. Ən asan yolu onu sizə satan dilerdən icazə almaqdır, lakin xəbərdar olmaq lazımdır ki, icazə dövlət xalçaçılıq muzeyi tərəfindən verildiyi üçün prosedura bir həftə davam edə bilər və təsdiqləndikdən sonra, sertifikatlar yalnız çərşənbə səhərləri (səhər saat 10-dan günorta 1-ə qədər, qiyməti 46 AZN-dir).
  • əl işləri olduqlarından qədim görünürlər, lakin faktiki olaraq  onlar 55 ildən az  olurlar.
  • incəsənət əsərləri. İcazələrin qiyməti hər əşya üçün 15 AZN-dir və yalnız çərşənbə günü günorta saat 3-dən 5-ə qədər verilən sertifikatların hazırlanması bir həftəyə qədər davam edə bilər. Bu prosedura Bakı, Niyazi küç. 9/11 ünvanda yerləşən milli incəsənət muzeyində aparılır, tel. 012-492-5789.

Adətən xüsusi icazə olmadan aparılması qadağan olunan mallara daxildir

  • silahlar, sursat, narkotiklər;
  • heyvanlar;
  • qiymətli daşlar.
İqlim

Azərbaycanda, on bir əsas iqlim zonasından doqquzunu özünün çox da böyük olmayan hüdudlarında cəmləşdirən bir ölkədə olmağın hər hansı bir vaxtı gözəl vaxtdır. Siz bir neçə saat ərzində yüksək Alp dağlarından yarımsəhralara, meşələrdən düzlərə gedə bilərsiniz. Ölkədəki möhtəşəm tədbir yeri seçimlərinin geniş diapazonu ilə, bütün fəsillər üçün bir məkan var. Və kosmopolit Bakı il boyu bitməyən müraciətə malikdir.

Bahar

Bakı xüsusilə bahar fəslində xoşdur. Mart ayında hava “bir pencək”-lik qədər sərin ola bilər, lakin dözülməz soyuq olmayacaq… və siz Azərbaycanın ən böyük bayramı, gecə və gündüzün bərabərliyi qeyd edilən Novruz şənlikləri mövsümünə şahidlik etmək zövqünü hiss edə bilərsiniz. Mart və aprel ayları adətən aydın səmalı olur və kənd yerlərində yenicə yaşıllaşmış sahələrdə, xüsusilə lalələrin və digər yabanı çiçəklərin rəngbərəng naxışlar yaratdığı yerlərdə füsunkar mənzərələr yaranır. May ayı ərzində, çox güman ki, hələ də yerli istirahət edənlərlə dolu olmayan Xəzər çimərliklərində səxavətli günəş şüalarını görə bilərsiniz. Bu, dənizkənarı istirahət-mehmanxananı konfrans və ya toplantı keçirmək üçün gözəl alternativ məkan edir.

Yay

Yayda havalar istiləşdikcə, iyun ayında axşamları təmiz və sərin, ən yüksəklərə keçdikcə hətta iyul ayının əvvəlində qar yağmağa meylli olan Qafqaz dağlarına tərəf üz tutmaq üçün gözəl aydır. Xəzər çimərlikləri, paytaxtdan avtomobildə bir saatdan az məsafədə yerləşən və Abşeron yarımadasında çiçəklənən çoxlu yeni istirahət mərkəzləri ilə şəhər sakinlərinin getdikcə daha sevimli məkanı olur. Bakıda rütubətli yay istisi dəniz mehi ilə səciyyəvidir və yerli əhali bulvar parkının ağac kölgəli yollarında gəzişirlər. Bu həmçinin meşəlik dağətəyi dağların ətəklərində yerləşən Qəbələ kurort şəhərində beynəlxalq musiqi festivalının keçirilməsi vaxtıdır.

Payız

Sentyabr və oktyabr aylarında temperatur təravətli olur və payız davam etdikcə, yerli meyvələrin cərgəsi kulinariya mətbəxinə rəng və şövq əlavə edir.  Payız rəngləri yarpaqlı meşələri parlaqlaşdırır və ən yüksək dağ yürüşünə bir az gecikə bilərsiniz, dağ ətəkləri şahanədir. Bütün bunlar olduğu zaman ərzində Bakı xoşcasına mehriban və qonaqpərvərdir. Bu, həqiqətən, yanlışlığa yol verə bilməyəcəyiniz bir fəsildir.

Qış

Bəzi illərdə qış sanki Bakıdan yan keçir, hətta soyuq günlərdə temperatur donma dərəcəsindən yüksək olur, lakin digər illərdə bir neçə dəfə qar yağa bilər və bu səbəbdən münasib palto və isti paltar gətirmək məsləhətdir. Yüksək dağlıq ərazilərdə temperaturun aşkarcasına kəskin aşağı düşməsi, 21-ci əsrin tam təchiz olunmuş Şahdağ və Qəbələ xizək istirahət mərkəzlərində əlverişli şərait yaradılmasına imkan verir. Onların cığırları adətən dekabr ayının ortalarından mart ayının əvvəlinədək fəaliyyət göstərir. Azərbaycanın şimal-qərb kənd yerlərində qışın orta çağında avtomobil ilə dumanlı yollardan keçərkən, yolboyu düzülmüş hələ də narıncı rəngli meyvələrlə dolu olan yarpaqsız xurma ağaclarının gözəlliyi sanki təbii Milad bəzəklərini xatırladır.

Faydalı Linklər:

Milli Turizm Ofisi

Mədəniyyət və Turizm Nazirliyi

Bakı Şopinq Festivalı

Azərbaycan A-dan Z-yə qədər 

 Bakı Turizm Məlumat Mərkəzi

XƏRİTƏLƏR

Heydər Əliyev Beynəlxalq Hava Limanı

Bakı Ekskursiya Xidməti

 

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP